Broker xidmətləri xarici ticarət proseslərini sadələşdirir

Broker xidmətləri xarici ticarət proseslərini sadələşdirir

BİZNES
239

Fins.azTarixi İpək Yolunun mərkəzində yerləşən Abşeron Logistika Mərkəzi beynəlxalq sertifikatlara malik, beynəlxalq standartlara uyğun fəaliyyət göstərən və Azərbaycanda inteqrasiya olunmuş ilk özəl logistika mərkəzi kimi broker xidmətləri təqdim edir.

Mərkəzin məlumatına görə, yükün ixrac və idxal rejimində gömrük rəsmiləşdirilməsi, eləcə də yüklərin Azərbaycan Respublikasının ərazisində sərbəst dövriyyəyə buraxılması üçün tələb olunan bütün sənədləşmə prosesləri mərkəzdə həyata keçirilir. Müştərilər bütün gömrük rəsmiləşdirilməsi prosesini Abşeron Logistika Mərkəzinə həvalə edə bilərlər.

Təqdim olunan broker xidmətlərinə gömrük rəsmiləşdirilməsi, gömrük bəyannaməsinin və qısa idxal bəyannaməsinin tərtibi, müqavilələrin hazırlanması, idxal və ixrac üzrə broker xidməti, vaqonların GPS vasitəsilə izlənməsi, konsultasiya xidməti, həmçinin CMR və digər nəqliyyat sənədlərinin hazırlanması daxildir.

Mərkəz bu xidmətlərlə idxal və ixrac əməliyyatlarının daha operativ, təhlükəsiz və beynəlxalq tələblərə uyğun şəkildə həyata keçirilməsinə dəstək göstərir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Broker xidmətləri xarici ticarət proseslərini sadələşdirir — Fins.az — Fins.az