Brent nefti 110 dolları ötüb

Brent nefti 110 dolları ötüb

BİZNES
233

Fins.az - Dünya bazarında neft qiymətləri bazar ertəsi axşam saatlarında artımını davam etdirib. İnvestorlar geosiyasi hadisələri diqqətlə izləyirlər.

Londonun ICE Futures birjasında “Brent” markalı neftin iyul fyuçersləri 1,63 dollar və ya 1,49 faiz bahalaşaraq bir barel üçün 110,89 dollara yüksəlib.

Nyu-Yorkun New York Mercantile Exchange birjasında isə WTI markalı neftin iyun fyuçersləri 1,27 dollar və ya 1,2 faiz artaraq 106,69 dollar təşkil edib.

Günün əvvəlində hər iki marka üzrə qiymətlər eniş göstərmişdi. “Brent” nefti 106,87 dollara, WTI isə 102,65 dollara qədər geriləmişdi.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Brent nefti 110 dolları ötüb — Fins.az — Fins.az