Böyük Britaniya polad idxalına kvotaları azaldır və rüsumları artırır

Böyük Britaniya polad idxalına kvotaları azaldır və rüsumları artırır

BİZNES
294

Fins.az - Britaniya hökuməti yerli metallurgiya sənayesini qorumaq məqsədilə polad idxalına tətbiq olunan kvotaları azaltmaq və rüsumları artırmaq qərarı verib.

Məlumata görə, iyulun 1-dən etibarən idxal kvotası hazırkı səviyyə ilə müqayisədə 60 faiz azaldılacaq. Kvotanı aşan polad idxalına tətbiq olunan rüsum isə 25 faizdən 50 faizə yüksəldiləcək.

Qeyd olunur ki, ölkənin polad sənayesi uzun müddətdir ucuz idxal məhsulları ilə rəqabətdə çətinlik çəkir. Xüsusilə Çindən gələn daha ucuz məhsullar yerli istehsalçılara təzyiq göstərir. Bununla yanaşı, ABŞ-da tətbiq olunan tarif siyasəti də sektora əlavə mənfi təsir edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Böyük Britaniya polad idxalına kvotaları azaldır və rüsumları artırır — Fins.az — Fins.az