Borc böhranında Çin aktivlərini idarə edən şirkətlə bağlı araşdırma

Borc böhranında Çin aktivlərini idarə edən şirkətlə bağlı araşdırma

BİZNES
279

Pekin İctimai Təhlükəsizlik Bürosundan verilən açıqlamada şirkətlə əlaqəsi olan bəzi şübhəli şəxslərə qarşı "istintaq məqsədi ilə məhkəmə tədbirləri həyata keçirildiyi" bildirilib.

Fins.az xəbər verir ki, şübhəlilərin hansı cinayətlərə görə istintaqa cəlb olunduğu açıqlanmasa da, investorlar istintaq və dəlil toplama prosesində polisə dəstək olmağa və qanuni yollarla hüquqlarını axtarmağa çağırılıb.

Keçən həftə investorlarına göndərdiyi məktubda şirkət ümumi borc öhdəliyinin 420-460 milyard yuan (təxminən 59-64 milyard dollar), ümumi aktivlərinin isə 200 milyard yuan (təxminən 28 milyard dollar) olduğunu və o, "ağır iflas" vəziyyətində idi.

Zhongzhi yüksək riskli və yüksək gəlirli investisiyaların borc istiqrazları, qiymətli kağızlar, fyuçers və digər borc alətləri ilə maliyyələşdirildiyi "kölgə bankçılığı" adlanan Çinin qeyri-rəsmi maliyyə sektorunun aparıcı aktyorlarından biri idi.

Günel Məlikzadə
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Borc böhranında Çin aktivlərini idarə edən şirkətlə bağlı araşdırma — Fins.az — Fins.az