Bitkoinin məzənnəsi 2024-cü ildən bəri ilk dəfə 60 min dollardan aşağı düşüb

Bitkoinin məzənnəsi 2024-cü ildən bəri ilk dəfə 60 min dollardan aşağı düşüb

BİZNES
224

Fins.az - Bitkoinin məzənnəsi 2024-cü ilin oktyabr ayından bəri ilk dəfə olaraq 60 min ABŞ dollarından aşağı enib.

Məlumata görə, dünyanın ən məşhur kriptovalyutasının dəyəri 59 min 814 dollara qədər geriləyib. Son göstəricilərə əsasən isə bitkoin təxminən 61 min 220 dollar səviyyəsində ticarət olunub.

Bitkoin həftəni təxminən 17 faiz dəyər itkisi ilə başa vurur.

Ekspertlərin fikrincə, qiymətin kəskin enməsinə əsas səbəblərdən biri böyük bitkoin investorlarından olan “Strategy” şirkətinin 32 bitkoin satması ilə bağlı məlumatın yayılması olub. Şirkət təxminən 2,5 milyon dollar dəyərində bitkoin satışı həyata keçirib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bitkoinin məzənnəsi 2024-cü ildən bəri ilk dəfə 60 min dollardan aşağı düşüb — Fins.az — Fins.az