Bitkiçilik məhsullarının ixracında rekord göstərici qeydə alınıb - Qoşqar Təhməzli

Bitkiçilik məhsullarının ixracında rekord göstərici qeydə alınıb - Qoşqar Təhməzli

BİZNES
434

2025-ci il Azərbaycandan 914 min ton bitkiçilik məhsulları ixrac edilib.

Fins.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi sədri Qoşqar Təhməzli Bakı Ekspo Mərkəzində keçirilən Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi (“Caspian Agro”) və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisinin (“InterFood Azerbaijan”) açılış mərasimində bildirib.

O qeyd edib ki, hazırda Azərbaycan istehsalı olan qida və kənd təsərrüfatı məhsulları dünyanın 73 müxtəlif ölkəsinə ixrac olunur. Onun sözlərinə görə, 2025-ci ildə kənd təsərrüfatı məhsullarının ixracında rekord göstərici qeydə alınıb və bu həcm təqribən 914 min ton bitkiçilik məhsullarını əhatə edib.

Qoşqar Təhməzli vurğulayıb ki, beynəlxalq standartların tətbiqi ixrac edilən məhsulların dünya bazarlarında rəqabət qabiliyyətinin artırılmasına xidmət edir və qida təhlükəsizliyi bu baxımdan aqrar və qida sənayesi sektoruna mühüm töhfə verir. Bu məqsədlə ölkədə əsas prioritetlərdən biri heyvan sağlamlığının təmin olunmasıdır.

O əlavə edib ki, Azərbaycanın quş qripindən və xırdabuynuzlu heyvanların taunundan azad ölkə statusu əldə etməsi bu sahədə məhsulların bir sıra ölkələrə ixracına şərait yaradıb. Hazırda quşçuluq məhsulları, o cümlədən damazlıq və ərzaq üçün nəzərdə tutulan yumurtalar müxtəlif ölkələrə ixrac olunur.

AQTA sədri bildirib ki, eyni zamanda akvakultura sahəsində yetişdirilən balıq və kürü məhsullarının, eləcə də digər heyvan mənşəli məhsulların ixracı da uğurla həyata keçirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bitkiçilik məhsullarının ixracında rekord göstərici qeydə alınıb - Qoşqar Təhməzli — Fins.az — Fins.az