
Birjalarda qızıl və gümüşün qiyməti artıb
Fins.az - COMEX bazarında qiymətli metalların qiymətində artım qeydə alınıb.
Məlumata görə, qızılın bir troya unsiyası 14,9 dollar bahalaşaraq 4 644,5 dollar səviyyəsinə yüksəlib.
Gümüşün qiyməti isə 2,4 dollar artaraq 76,43 dollar təşkil edib.
Analitiklər bu artımı qlobal maliyyə bazarlarında qeyri-müəyyənliyin və investorların “təhlükəsiz aktivlərə” marağının yüksəlməsi ilə izah edirlər.