
“Bir Pəncərə” vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri AÇIQLANIB
Bu ilin sentyabr ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 15 milyon ABŞ dolları olub.
Fins.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin oktyabr sayında məlumat verilib
Məlumata görə,2020-ci ilin yanvar-oktyabr ayları ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 148,6 milyon ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirilib.
Müəllif: Aynur Qəniyeva