“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə 39,1 mln dollar dəyərində ixrac həyata keçirilib

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə 39,1 mln dollar dəyərində ixrac həyata keçirilib

BİZNES
664

2020-ci ilin yanvar-aprel aylarında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə Azərbaycandan $39,1 milyon dəyərində ixrac həyata keçirilib. Fins.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.

İlkin məlumatlara görə, yanvar ayında bu göstərici $13,8 milyon, fevralda $8,1 milyon, martda $15,3 milyon, apreldə $1,9 milyon təşkil edib.

Xəbər verildiyi kimi, 2019-cu ildə bu göstərici $140,4 milyona bərabər olub.

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi prezident İlham Əliyevin “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 22 fevral 2017-ci il tarixli Fərmanı əsasında yaradılıb

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə 39,1 mln dollar dəyərində ixrac həyata keçirilib — Fins.az — Fins.az