Beynəlxalq Maliyyə Korporasiyasına Avropa üzrə yeni Regional Direktor təyin edilib

Beynəlxalq Maliyyə Korporasiyasına Avropa üzrə yeni Regional Direktor təyin edilib

BİZNES
506

İnes Roça Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa üzrə Regional Direktoru təyin edilib.

Bu barədə Fins.az-a IFC-dən bildirilib.

"Region üzrə direktor qismində xanım Roça diqqətini Qərb, Mərkəzi və Şərqi Avropa ölkə ofislərində IFC-nin regional qruplarına rəhbərlik etməyə və əsas müştəri, hökumət və maraqlı tərəflərlə əlaqələrin idarə edilməsinə yönəldəcək. O, həmçinin IFC-nin regionda strategiyasının həyata keçirilməsini formalaşdıracaq və istiqamətləndirəcək, Dünya Bankı və MIGA ilə sıx əməkdaşlıq, biznesin inkişafına rəhbərlik və IFC-nin sektorlar üzrə əməliyyatlarına nəzarət edəcək" - IFC-dən əlavə edilib.

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Dünya Bankı Qrupunun üzvü və inkişafda olan iqtisadiyyatlarda özəl sektorun artımını hədəfləyən ən iri inkişaf təşkilatıdır. Biz 100-dən çox ölkədə işləyir, kapital, təcrübə və təsirimizdən yararlanaraq inkişafda olan ölkələrdə yeni bazarlar və imkanlar yaradırıq. 2023-cü maliyyə ilində inkişafda olan ölkələrdəki özəl şirkətlərə və maliyyə müəssisələrinə 43.7 milyard ABŞ dolları məbləğində rekord həcmdə maliyyə ayıraraq, əlaqəli və bir-birini dərinləşdirən qlobal böhranlar müqabilində IFC özəl sektorun üstünlüklərinə arxalanaraq ifrat yoxsulluğu aradan qaldırmağa və müştərək rifahı artırmağa kömək edir.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Beynəlxalq Maliyyə Korporasiyasına Avropa üzrə yeni Regional Direktor təyin edilib — Fins.az — Fins.az