Beton konstruksiyaların uzunömürlülüyü üçün yeni sement həlləri

Beton konstruksiyaların uzunömürlülüyü üçün yeni sement həlləri

BİZNES
261

Fins.az – Cənubi Qafqazın ən böyük sement zavodu olan Norm Sement gündəlik 6500 ton klinker və illik 2,1 milyon ton sement istehsal gücü ilə fəaliyyətini davam etdirir.

Şirkət tikinti sektoruna yüksək sulfat davamlılığı ilə seçilən NORM KLASS S CEM II/A-P 42.5N (SDPS 500 Ə20) sement məhsulunu təqdim edir.

Şirkətin yaydığı məlumata görə, məhsul AZS EN 197-1-2021 və AZS 531:2011 (ГОСТ 22266-94) standartlarının tələblərinə tam uyğundur.

Bildirilib ki, NORM KLASS S mineral əlavəli sulfatadavamlı Portland sementi torpaqda və su mühitində yüksək sulfat korroziyasının yarana biləcəyi ərazilərdə beton istehsalı üçün nəzərdə tutulub. Məhsul aqressiv mühitlərdə betonun davamlılığını artırmaqla yanaşı, qurğuların aşınması və vaxtından əvvəl istismardan çıxması riskinin azalmasına da töhfə verir.

Məlumata əsasən, NORM KLASS S sementi sahilyanı və şoran torpaqlarda inşa olunan beton konstruksiyalarda, zirzəmi və yeraltı tikililərdə, yollar və tunellərdə, hidrotexniki qurğularda, su hovuzları, quyu və kanalizasiya qurğularında, külək elektrik enerjisi turbinlərinin massiv fundamentlərində, eləcə də ümumi təyinatlı Portland sementinin istifadə olunduğu bütün növ tikinti işlərində tətbiq oluna bilər.

Norm Sement qeyd edir ki, məhsul yüksək sulfat təsirinə məruz qalan tikinti layihələrində beton konstruksiyaların uzunömürlülüyünün və dayanıqlığının artırılmasına xidmət edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Beton konstruksiyaların uzunömürlülüyü üçün yeni sement həlləri — Fins.az — Fins.az