Bank avadanlıqlarının təkrar dövriyyəsi üçün rəqəmsal hərrac sistemi

Bank avadanlıqlarının təkrar dövriyyəsi üçün rəqəmsal hərrac sistemi

BİZNES
259

Fins.az - Əmanətlərin Sığortalanması Fondunun ləğvetmə prosesində olan banklara məxsus daşınar əmlakların satışı üçün yeni platforma istifadəyə verilib. Platforma vasitəsilə müxtəlif bank avadanlıqları və texniki vasitələr onlayn satışa çıxarılır və istifadəçilərə birbaşa əldə etmə imkanı yaradılır.

Sistem 24/7 dəstək xidməti ilə fəaliyyət göstərir və istifadəçilərə həm götürmə, həm də çatdırılma (166 sifarişi) imkanları təqdim olunur. Hərrac qaydalarına əsasən, satın alınan əşyaların geri qaytarılması nəzərdə tutulmur və bütün ödənişlərin tam təhlükəsiz şəkildə həyata keçirildiyi bildirilir.

Platformada əsasən bank fəaliyyətində istifadə olunan müxtəlif avadanlıqlar satışa çıxarılıb. Bunlara pul sayma və presləmə aparatları, seyflər, valyuta tablolari, barkod printerlər, gülləkeçirməz şüşələr, seyf qapıları və digər texniki vasitələr daxildir. Məhsulların qiymətləri avadanlığın növü və vəziyyətinə görə fərqlənir.

Yeni sistemin məqsədi ləğv prosesində olan bankların aktivlərinin daha şəffaf və səmərəli şəkildə dövriyyəyə qaytarılması, həmçinin bazarda istifadəsiz qalan avadanlıqların yenidən iqtisadi dəyər qazanmasıdır.

Platforma vasitəsilə satışa çıxarılan məhsullar bank sektorunda istifadə olunan avadanlıqların təkrar iqtisadi dövriyyəyə daxil edilməsini təmin etməklə yanaşı, kiçik və orta bizneslər üçün də alternativ alış imkanları yaradır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bank avadanlıqlarının təkrar dövriyyəsi üçün rəqəmsal hərrac sistemi — Fins.az — Fins.az