Bakıda XV Verona Avrasiya İqtisadi Forumu keçiriləcək

Bakıda XV Verona Avrasiya İqtisadi Forumu keçiriləcək

BİZNES
908

Cari il 27-28 oktyabr tarixlərində Bakıda XV Verona Avrasiya İqtisadi Forumu keçiriləcək.

"Fins.az" xəbər verir ki, Verona Avrasiya Iqtisadi Forumu Atlantikadan Sakit okeana qədər ticarət-iqtisadi əməkdaşlığın inkişafı ilə bağlı beynəlxalq biznes-dialoq üçün müsbət gündəmə, açıqlığa, qərəzsizliyə və ayrı-seçkiliksizliyə yönəldilmiş meydançadır.

Bu il Azərbaycanda keçiriləcək Forumda iri şirkət və maliyyə institutların yüksək vəzifəli nümayəndələrinin, Avropa və Asiya ölkələrinin görkəmli siyasi və ictimai xadimlərinin, Avropa İttifaqı, Avrasiya İqtisadi Birliyi, Şanxay Əməkdaşlıq Təşkilatı, BRICS ölkələri rəhbərlərinin, ekspertlərin və diplomatların iştirakı gözlənilir. 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bakıda XV Verona Avrasiya İqtisadi Forumu keçiriləcək — Fins.az — Fins.az