
Bakıda satılmış ərzaq məhsullarının ümumi dəyəri nə qədər olub? - MƏBLƏĞ
Bakının ticarət şəbəkəsində 2020-ci ilin yanvar-fevral aylarında satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müfaviq dövrü ilə müqayisədə 6,7 faiz artaraq 1535,6 milyon manat təşkil edib.
Fins.az xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika idarəsi məlumat yayımlayıb
Məlumatda bildirilir ki, qeyri-ərzaq məhsullarının həcmi isə 5,1 faiz artaraq 1714,3 milyon manata bərabər olub.
Qeyd edək ki, sözüqedən dövrdə məhsul bazarında ticarət dövriyyəsinin həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz artaraq 3249,9 milyon manat olub.
Müəllif:Aynur Qəniyeva