Bakıda Polşa Azərbaycan biznes forumu keçiriləcək

Bakıda Polşa Azərbaycan biznes forumu keçiriləcək

BİZNES
1,116

Sabah Bakıda Polşa-Azərbaycan biznes forumu keçiriləcək.

Polşa səfirliyinin yaydığı məlumata görə, forum Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə birgə təşkil olunacaq.

Forum iki ölkə arasında biznes sahəsində əməkdaşlığın dərinləşməsinə xidmət edəcək.

Xatırladaq ki, daha əvvəl Polşanın Azərbaycandakı səfiri Rafal Poborski bu il oktyabrın sonunda Bakıda iqtisadi əməkdaşlıq üzrə ikitərəfli komissiyanın iclasının keçirilməsinin nəzərdə tutulduğunu bildirmişdi.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bakıda Polşa Azərbaycan biznes forumu keçiriləcək — Fins.az — Fins.az