Bakıda pərakəndə ticarət dövriyyəsinin həcmi artıb

Bakıda pərakəndə ticarət dövriyyəsinin həcmi artıb

BİZNES
443

2026-cı ilin yanvar ayında Bakıda pərakəndə ticarət dövriyyəsinin həcmi 3 milyard 221,4 milyon manat olub.

Fins.az Bakı şəhər Statistika İdarəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2025-ci ilin yanvar ayı ilə müqayisədə 4,3 faiz artım göstərib.

Hesabat ayında ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 1 milyard 781,8 milyon manat olub ki, bu da əvvəlki ilin yanvar ayı ilə müqayisədə 5,6 faiz çoxdur. Qeyri-ərzaq mallarının satış həcmi isə 1 milyard 439,6 milyon manat təşkil edib və 2025-ci ilin yanvar ayı ilə müqayisədə 2,8 faiz artıb.

Cari ilin yanvar ayında pərakəndə ticarət dövriyyəsi müəssisələr üzrə real ifadədə 0,6 faiz azalsa da, fərdi sahibkarlar, bazar və yarmarkalar üzrə 7,0 faiz artım qeydə alınıb. İstehlak məhsullarının 33,6 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 58,0 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 8,4 faizi isə paytaxtın əmtəə bazarlarında satılıb.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bakıda pərakəndə ticarət dövriyyəsinin həcmi artıb — Fins.az — Fins.az