Bakıda bu evlərin qiyməti bahalaşa bilər - Ekspert

Bakıda bu evlərin qiyməti bahalaşa bilər - Ekspert

BİZNES
478

Mayın üçüncü 10 günlüyündən etibarən fərdi yaşayış və bağ evlərinə tələbatın artacağı gözlənilir.

Bunu Trend-ə ekspert Nüsrət İbrahimov deyib.

O bildirib ki, hazırda havalar nisbətən sərin keçdiyi üçün fərdi yaşayış və bağ evlərinə tələbatın artması müşahidə edilmir. "Hələ ki, tezdir, havalar bir qədər sərin keçir. Tələbatın artmasını mayın üçüncü 10 günlüyündən sonra gözləmək olar", - deyə o əlavə edib.

N.İbrahimov qeyd edib ki, tələbatın artmasının qiymətlərə də təsir göstərəcəyi ehtimalı var. "Adətən hər il tələbatın artması fərdi yaşayış və bağ evlərinin qiymətlərinə də təsir göstərir və yəqin bu il də təsir göstərəcək", - deyə o qeyd edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bakıda bu evlərin qiyməti bahalaşa bilər - Ekspert — Fins.az — Fins.az