
Bakı-Tbilisi-Ceyhan kəməri ilə 6 ayda 12,7 milyon ton tranzit neft daşınıb
Fins.az – 2026-cı ilin yanvar-iyun aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə nəql olunan tranzit neftinin həcmi 12 milyon 702,3 min ton təşkil edib. Bu göstərici kəmərlə daşınan ümumi neftin 76,9%-ni təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu həcm 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyon 222,6 min ton və ya 8,8% azdır. Ötən ilin yanvar-iyun aylarında BTC vasitəsilə 13 milyon 924,9 min ton neft nəql edilmişdi.
Hesabat dövründə BTC kəməri ilə daşınan neftin 82,3%-ni və ya 10 milyon 453,9 min tonunu Azərbaycanda hasil olunan neft, 17,7%-ni və ya 2 milyon 248,4 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
Boru kəməri ilə əsasən "Azəri-Çıraq-Günəşli" yatağında hasil olunan neft və "Şahdəniz" yatağından çıxarılan kondensat nəql edilir.