Bakı sakinləri bu il ərzaq, içki və tütün məmulatlarına 5,7 mlrd. manat xərcləyib

Bakı sakinləri bu il ərzaq, içki və tütün məmulatlarına 5,7 mlrd. manat xərcləyib

BİZNES
477

Bu ilin yanvar-iyul aylarında Bakının ticarət dövriyyəsinin həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,5% azalaraq 11 741,6 mln. manat olub.

Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,5% artaraq 5 682,5 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,5% azalaraq 6 059,1 mln. manata bərabər olub. İstehlak məhsullarının 30,6%-i hüquqi şəxs statuslu müəssisələrdə, 46,4%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 23%-i isə paytaxtın məhsul bazarlarında satılıb.

(c)APA

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bakı sakinləri bu il ərzaq, içki və tütün məmulatlarına 5,7 mlrd. manat xərcləyib — Fins.az — Fins.az