
Bakı Metropoliteni yeni qatarların alınması üçün danışıqlar aparır - Emil Əhmədov
Fins.az - Bakı Metropolitenində köhnə və yeni nəsil qatarların sayı bərabərləşib.
"Bakı Metropoliteni" QSC-nin idarə heyətinin sədrinin müşaviri Emil Əhmədov bildirib ki, ötən ilin sonlarında Rusiyadan alınan 30 yeni vaqon (6 qatar) istismara verilib və bu, metropolitendə mühüm balans yaradıb.
O əlavə edib ki, yeni qatarların alınması üçün Rusiya, Çin və Avropanın bir neçə inkişaf etmiş istehsalçısı ilə danışıqlar aparılır, lakin yekun qərar hələ qəbul edilməyib.
Fuad Mədətov
Fins.az