
“AzVirt” – tikinti və infrastrukturda güvənilən brend
Fins.az- Azərbaycanda yol, körpü və böyük infrastruktur layihələrində uzun illərdir fəaliyyət göstərən güclü tikinti brendlərindən biri- “AzVirt”dir.
Şirkət müasir texnologiyalar və yüksək mühəndislik standartları ilə layihələr həyata keçirir. AzVirt təkcə ölkə daxilində deyil, xaricdə də iri miqyaslı layihələr icra edir – bu isə brendin beynəlxalq təcrübəsini və rəqabət qabiliyyətini göstərir. Peşəkar komanda, keyfiyyət və təhlükəsizlik prinsipləri şirkətin əsas üstünlükləridir. Azərbaycanın infrastruktur inkişafına töhfə verən AzVirt, həm yerli, həm də xarici bazarlarda etibarlı tərəfdaş kimi tanınır və tikinti sektorunda davamlı dəyər yaradır.
Aynur Bayramova