AZPROMO Avropa şirkətləri üçün Azərbaycana alıcı missiyası təşkil edəcək - DƏQİQ VAXT

AZPROMO Avropa şirkətləri üçün Azərbaycana alıcı missiyası təşkil edəcək - DƏQİQ VAXT

BİZNES
804

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) 2020-ci ilin may ayında Avropa şirkətləri üçün Azərbaycana alıcı missiyası təşkil edəcək.

 Fins.az məlumat verir ki, bu barədə AZPROMO məlumat yayımlayıb 

Məlumatda bildilir ki, alıcı missiyası Almaniya, Polşa, Xorvatiya, Macarıstan və Avstriya bazarlarında fəaliyyət göstərən şirkətlər üçün təşkil edilir. Missiya şərab və spirtli içki sahələrini əhatə edir

Alıcı missiyasının tərkibinə 10 şirkətin nümayəndələri daxil ola bilər.

Alıcı missiyasının keçirilmə tarixi 16-21 maydır.

Missiyada iştirak etmək istəyən şirkətlər lazımi sənədləri martın 19-dək təqdim etməlidir.

Fonddan qeyd ediblər ki, alıcı missiyasında iştirak edən xarici vətəndaşların mehmanxana, beynəlxalq hava nəqliyyatı və daxili nəqliyyat (taksilər istisna olmaqla) xərcləri İqtisadiyyat Nazirliyi tərəfindən ödəniləcək.

Alıcı missiyası qeyri-neft məhsullarının alışı məqsədilə təşkil olunur. Missiyaya yalnız 10 nəfər daxil ola bilər, onların ölkədə qalma müddəti 6 gündən çox olmamalıdır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
AZPROMO Avropa şirkətləri üçün Azərbaycana alıcı missiyası təşkil edəcək - DƏQİQ VAXT — Fins.az — Fins.az