
Azexport.az portalına 102,9 mln dolları məbləğində sifariş
2020-ci ilin yanvar-fevral aylarında Azexport.az portalına 102,9 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.
Fins. az xəbər verir ki, “İxrac İcmalı”nda 2020-cu ilin yanvar-fevral ayları ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib.
Məlumatda göstərilib ki, 2019-cu ilin fevral ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 60,8 milyon ABŞ dolları təşkil edib
Qeyd edək ki,bu göstərici ötən ilin müvafiq ayı ilə müqayisədə 12,8 faiz artıb.
Müəllif: Aynur Qəniyeva