
Azexport portalına nə qədər ixrac sifarişi daxil olub ?- MƏBLƏĞ
Bu ilin yanvar-mart aylarında Azexport portalına 147,7 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.
Fins.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın aprel sayında məlumat verilir
Məlumata görə, bunun 44,8 milyon dollarlıq hissəsi mart ayının payına düşüb. Bu da ötən ilin mart ayına nisbətən 36,6% çoxdur.
Ötən ay portala ən çox ixrac sifarişi kartof, soğan, pomidor, tibbi tənzif, alma, sarımsaq, tütün, pambıq yağı, zəncəfil, mineral su, şərab, qənnadı məhsulları, çay, yumurta, nar şərabı, mebel, fındıq, tikinti materialı, boya, kosmetik vasitə, metal konstruksiya, bal, mebel dəsti və s. mallar üzrə daxil olub.
Qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2020-ci ilin 31 mart tarixinə kimi (39 ay ərzində) Azexport portalına dünyanın 141 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 732,5 milyon ABŞ dolları təşkil edib.