"Azərsun Holdinq"ə daxil olan şirkətin kapitalı azaldılır

"Azərsun Holdinq"ə daxil olan şirkətin kapitalı azaldılır

BİZNES
520

"Bakı Qida və Yağ Fabriki" MMC-nin nizamnamə kapitalı 2 milyon 559 min manatdan çox azaldılır.

Fins.az xəbər verir ki, "Bakı Qida və Yağ Fabriki" məhdud məsuliyyətli cəmiyyəti nizamnamə kapitalının 11 milyon manatdan 8 milyon 440 min 723.65 manatadək azaldığını elan edib. 

Kreditorlar öz tələblərini bir ay ərzində AZ 1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 2023-cü məhəllə, 92"A" ünvanına bildirə bilərlər.

"Bakı Qida və Yağ Fabriki" "Azərsun Holdinq" şirkətlər qrupuna daxildir.

"Bakı Yağ Fabriki" "Teksun", "Final", "Super Sun", "Paşa", "Aysun" yağlarını istehsal edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"Azərsun Holdinq"ə daxil olan şirkətin kapitalı azaldılır — Fins.az — Fins.az