
“Azərpoçt”un gəlirləri 5,3% artıb
2019-cu il ərzində “Azərpoçt” MMC-nin gəlirləri 48 milyon 39,804 min manat təşkil edib.
Xəbər verildiyi kimi, 2018-ci il ərzində “Azərpoçt”un gəlirləri 45 milyon 622,247 min manat təşkil edib.Beləliklə, 2019-cu ildə cəmiyyətin gəlirləri 5,3% artıb.
Eyni zamanda, cəmiyyətin əsas əməliyyat gəlirləri 45 milyon 562,274 min manat təşkil edib.
“Azərpoçt” MMC-nin xərcləri 46 milyon 552,502 min manat təşkil edib, bu məbləğin 23 milyon 548,798 min manatı əməkdaşlara xərclərin payına düşüb. Amortizasiyta xərcləri 6 milyon 505,692 min manat, digər əməliyyat xərcləri 13 milyon 452,208 min manat təşkil edib.
“Azərpoçt” dövlət müəssisəsi 1999-cu il sentyabrın 23-də yaradılıb. 2009-cu il avqustun 15-də “Azərpoçt” MMC-yə çevrilib. 2010-cu il aprelin 16-da Azərbaycan Mərkəzi Bankı MMC-yə bank-maliyyə xidmətləri göstərmək üçün məhdud lisenziya verib.
(c)İnterfaks-Azərbaycan