“Azərkosmos”un  gəliri artıb - MƏBLƏĞ

“Azərkosmos”un gəliri artıb - MƏBLƏĞ

BİZNES
578

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin aprel sayı təqdim edilib.

Fins.az xəbər verir ki,  “İxrac İcmalı”nda həm də xidmət ixracına yer ayrılıb.

Məlumat verilib ki, 2020-ci ilin yanvar-mart aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 24 ölkəsinə 10,4 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88 faizini təşkil edib. “Azərkosmos” ASC-nin 2020-cu ilin yanvar-mart aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Birləşmiş Krallıq, Fransa, BƏƏ və Almaniyadır.

Qeyd edək ki, 2019-cu ilin yanvar-mart aylarında “Azərkosmos” ASC tərəfindən 7,6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edilmişdi.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Azərkosmos”un gəliri artıb - MƏBLƏĞ — Fins.az — Fins.az