
"Azərkosmos" Tacikistanda tender uddu
“Azərkosmos” ASC Tacikistanda Dünya Bankının qrant dəstəyi ilə “Kənd Təsərrüfatı Sahibkarlığının İnkişafı” mərkəzinin elan etdiyi “Məsafədən zondlama metodları vasitəsilə məhsulun proqnozlaşdırma sisteminin yaradılması” layihəsi üzrə keçirilən tenderin qalibi olub.
Tenderin qalibi olaraq “Azərkosmos” “Azersky” peykindən əldə olunan təsvirlər əsasındaTacikistan ərazisində kənd təsərrüfatı əhəmiyyətli torpaqların monitorinqi və məhsuldarlığın proqnozlaşdırılması üzrə konsultasiya xidməti göstərəcək. “Azərkosmos” sözügedən layihəni Tacikistanın su ehtiyatlarının idarə olunması üzrə fəaliyyət göstərən “OBRU” təşkilatı ilə birgə icra edəcək.
Qeyd edək ki, beynəlxalq rəqabətli tender prosesində “Azərkosmos”la yanaşı 15-ə yaxın şirkət iştirak edib.