AzərEnerji 13,3 milyon manatlıq yeni layihəyə start verir

AzərEnerji 13,3 milyon manatlıq yeni layihəyə start verir

BİZNES
452

“Nəvahi” və “Şəfəq” yarımstansiyalarının tikintisi üzrə əlavə işlərin görülməsi planlaşdırılır.

Fins.az xəbər verir ki, bu istiqamətdə “AzərEnerji” Açıq Səhmdar Cəmiyyəti (ASC) artıq hazırlıq işlərinə başlayıb.

Məlumata əsasən, hazırda ASC sözügedən işləri icra edəcək şirkətin müəyyənləşdirilməsi prosesini həyata keçirir. Layihənin ümumi dəyərinin 13,3 milyon manat səviyyəsində olacağı proqnozlaşdırılır.

Qeyd olunur ki, 500 kV-luq “Nəvahi” yarımstansiyasında əsas tikinti işləri artıq tamamlanıb. Eyni zamanda “Şəfəq” Günəş Elektrik Stansiyasının enerjisistemə qoşulması və Səngəçal terminalının elektrikləşdirilməsi məqsədilə Cəbrayılda 330 kV, Səngəçalda isə 220 kV-luq yarımstansiyaların tikintisi yekunlaşıb.

Yeni mərhələ üzrə əlavə işlər enerji infrastrukturunun gücləndirilməsi və sistemin dayanıqlığının artırılması məqsədini daşıyır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
AzərEnerji 13,3 milyon manatlıq yeni layihəyə start verir — Fins.az — Fins.az