Azərbaycan–Türkiyə ticarət dövriyyəsi 431,7 milyon dollar olub

Azərbaycan–Türkiyə ticarət dövriyyəsi 431,7 milyon dollar olub

BİZNES
335

2026-cı ilin yanvar ayında Azərbaycan ilə Türkiyə arasında ticarət əməliyyatlarının həcmi 431,7 milyon ABŞ dolları təşkil edib.

Fins.az Dövlət Gömrük Komitəsi məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin yanvar ayı ilə müqayisədə 51,3 milyon ABŞ dolları və ya 10,7% azdır. Hesabat dövründə Türkiyə ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 12,20%-ni təşkil edib. Bununla da Türkiyə Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr arasında 2-ci yeri tutub.

Statistikaya əsasən, 2026-cı ilin yanvar ayında Azərbaycandan Türkiyəyə ixrac olunan məhsulların dəyəri 268,2 milyon ABŞ dolları olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 39,9 milyon ABŞ dolları və ya 13% azdır.

Eyni dövrdə Türkiyədən Azərbaycana idxal olunan məhsulların dəyəri 163,6 milyon ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin yanvar ayı ilə müqayisədə 11,6 milyon ABŞ dolları və ya 6,6% azalma deməkdir.

Qeyd edək ki, cari ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə ümumilikdə 3 milyard 538 milyon ABŞ dolları həcmində ticarət əməliyyatları həyata keçirib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 milyard ABŞ dolları və ya 30,5% azdır.

Xarici ticarət dövriyyəsinin 2 milyard 236 milyon ABŞ dolları ixracın, 1 milyard 302 milyon ABŞ dolları isə idxalın payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 802 milyon ABŞ dolları və ya 26,4%, idxal isə 750 milyon ABŞ dolları və ya 36,5% azalıb.

Nəticədə hesabat dövründə Azərbaycanın xarici ticarətində 933,6 milyon ABŞ dolları həcmində müsbət saldo formalaşıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 52,4 milyon ABŞ dolları və ya 5,3% azalma deməkdir.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan–Türkiyə ticarət dövriyyəsi 431,7 milyon dollar olub — Fins.az — Fins.az