Azərbaycan–Rumıniya ticarət dövriyyəsi 195,6 milyon dollar olub

Azərbaycan–Rumıniya ticarət dövriyyəsi 195,6 milyon dollar olub

BİZNES
363

2026-cı ilin yanvar-mart aylarında Azərbaycan və Rumıniya arasında ticarət əməliyyatlarının həcmi 195,6 milyon ABŞ dolları təşkil edib.

Fins.az Azərbaycanın Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 48,6 milyon ABŞ dolları və ya 19,9% azalma deməkdir.

Hesabat dövründə Rumıniya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 2,08%-ni təşkil edib. Bununla da Rumıniya Azərbaycanla ən çox ticarət əməliyyatları aparan ölkələr arasında 9-cu yerdə qərarlaşıb.

Cari ilin ilk üç ayında Azərbaycandan Rumıniyaya 182 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 45,8 milyon ABŞ dolları və ya 20,1% azalma ilə müşahidə olunub.

Eyni zamanda, hesabat dövründə Azərbaycana Rumıniyadan 13,6 milyon ABŞ dolları dəyərində məhsul idxal olunub ki, bu da illik müqayisədə 2,8 milyon ABŞ dolları və ya 17,1% azalma deməkdir.

Ümumilikdə, 2026-cı ilin yanvar-mart aylarında Azərbaycanın xarici ölkələrlə ticarət dövriyyəsi 9,407 milyard ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,642 milyard ABŞ dolları və ya 21,9% azdır.

Xarici ticarət dövriyyəsinin 5,402 milyard ABŞ dolları ixracın, 4,005 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac 984 milyon ABŞ dolları və ya 15,4%, idxal isə 1,658 milyard ABŞ dolları və ya 29,3% azalıb.

Nəticədə, hesabat dövründə xarici ticarətdə 1,398 milyard ABŞ dolları həcmində müsbət saldo formalaşıb ki, bu da ötən illə müqayisədə 675 milyon ABŞ dolları və ya 1,9 dəfə artım deməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan–Rumıniya ticarət dövriyyəsi 195,6 milyon dollar olub — Fins.az — Fins.az