Azərbaycanlı milyarderin Göyçaydakı şirkətinin səhmdarları toplanacaq - DƏQİQ TARİX

Azərbaycanlı milyarderin Göyçaydakı şirkətinin səhmdarları toplanacaq - DƏQİQ TARİX

BİZNES
657

22 iyun 2020-ci il tarixində Teymur Əhmədov adına “AZNAR” Qapalı Səhmdar Cəmiyyəti səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.

Fins.az  QSC-nin elanına istinadən xəbər verir ki, ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. Teymur Əhmədov adına “AZNAR” QSC-nin 2019-cu il üçün illik (maliyyə) hesabatları barədə.

2. Teymur Əhmədov adına “AZNAR” QSC-nin nizamnamə kapitalı barədə.

 

3. Teymur Əhmədov adına “AZNAR” QSC-nin direktorlar şurası barədə.

4. Teymur Əhmədov adına “AZNAR” QSC-nin icra orqanı barədə.

5.Teymur Əhmədov adına “AZNAR” QSC-nin yeni redaksiyada nizamnaməsi barədə.

Yığıncaq Göyçay şəhəri, Natəvan küçəsi 120 nömrəli ünvanda keçiriləcəkdir

Qeyd edək ki, “AzNar” QSC-nin majoritar səhmdarı azərbaycan əsilli milyarder Fərhad Əhmədovdur. “AZNAR” QSC-nin 99,95%-i Əhmədov Fərhad Teymur oğluna, 0,05%-i 25 minoritar səhmdara məxsusdur. 

Teymur Əhmədov adına “AZNAR” QSC “Grante” ticarət nişanı ilə meyvə və giləmeyvə şirələri, kampotlar və narşərab istehsal edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanlı milyarderin Göyçaydakı şirkətinin səhmdarları toplanacaq - DƏQİQ TARİX — Fins.az — Fins.az