
Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi ARTIB
Bu ilin yanvar-iyul aylarında Azərbaycanın Türkiyə ilə apardığı ticarət mübadiləsinin həcmi 2 577 964,58 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11% çoxdur.
Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, hesabat dövründə Azərbaycandan Türkiyəyə ixracın həcmi 1 709 522,62 min dollar təşkil edib ki, bu da 2019-cu ilin eyni ayları ilə müqayisədə 14% çoxdur. İdxalın həcmi isə 868 441,96 min dollara bərabər olub ki, bu göstərici ötən ilin ilk yeddi ayı ilə müqayisədə 6,4% artıb.
Nəticədə, 2020-ci ilin yanvar-iyul aylarında 841 080,66 min dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 23% çoxdur.
(c)APA