Azərbaycanla Əfqanıstan arasında ticarət dövriyyəsinin həcmi açıqlanıb

Azərbaycanla Əfqanıstan arasında ticarət dövriyyəsinin həcmi açıqlanıb

BİZNES
677

2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanın Əfqanıstanla apardığı ticarət mübadiləsinin həcmi 6,331 mln. ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrü ilə müqayisədə 4,9 dəfə azdır.

Fins.az-ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycandan Əfqanıstana ixracın həcmi 6,299 mln. dollar, idxal isə 31,64 min dollar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 4,9 dəfə azalıb. İdxala gəldikdə isə, ötən ilin yanvar-iyul aylarında Azərbaycan Əfqanıstanla idxal əməliyyatları aparmayıb.

Nəticədə, 2021-ci ilin yanvar-iyul aylarında 6,268 mln. dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 4,9 dəfə azdır.

(c)APA

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanla Əfqanıstan arasında ticarət dövriyyəsinin həcmi açıqlanıb — Fins.az — Fins.az