Azərbaycanla Çin arasında ticarət dövriyyəsi artıb

Azərbaycanla Çin arasında ticarət dövriyyəsi artıb

BİZNES
259

2026-cı ilin yanvar–aprel aylarında Azərbaycan ilə Çin arasında ticarət əməliyyatlarının ümumi həcmi 1,514 milyard ABŞ dolları təşkil edib.

Fins.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 86,9 milyon dollar və ya 6,1% artım deməkdir.

Hesabat dövründə Çin Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 8,7%-ni təşkil edərək ölkənin 4-cü ən böyük ticarət tərəfdaşı olub.

Bu müddət ərzində Azərbaycandan Çinə ixrac 40,034 milyon dollar təşkil edib ki, bu da ötən illə müqayisədə təxminən 1,6 dəfə artım deməkdir. Çindən Azərbaycana idxal isə 1,474 milyard dollar olub və 5,1% artım göstərib.

Ümumilikdə Azərbaycanın xarici ticarət dövriyyəsi 17,403 milyard dollar təşkil edib. İxrac 11,9 milyard dollar, idxal isə 5,5 milyard dollar olub. Son bir ildə ixrac 35,2%, idxal isə 32,1% dəyişiklik göstərib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanla Çin arasında ticarət dövriyyəsi artıb — Fins.az — Fins.az