Azərbaycanla Böyük Britaniya arasında ticarət dövriyyəsi 7,4 dəfə artıb

Azərbaycanla Böyük Britaniya arasında ticarət dövriyyəsi 7,4 dəfə artıb

BİZNES
236

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycan ilə Böyük Britaniya arasında ticarət dövriyyəsi 3,560 milyard ABŞ dolları təşkil edib.

Bu barədə Azərbaycanın Dövlət Gömrük Komitəsi məlumat verib.

Məlumata əsasən, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3,078 milyard ABŞ dolları və ya 7,4 dəfə artım deməkdir.

Hesabat dövründə Böyük Britaniya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 20,45 faizini təşkil edib və bununla da ölkə Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı dövlətlər sırasında ikinci yerdə qərarlaşıb.

Cari ilin ilk dörd ayında Azərbaycan Böyük Britaniyaya 3,470 milyard ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,330 milyard ABŞ dolları və ya 24,9 dəfə artım deməkdir.

Eyni dövrdə Böyük Britaniyadan Azərbaycana idxal əməliyyatlarının həcmi 89,6 milyon ABŞ dolları təşkil edib və bu göstərici 2025-ci ilin analoji dövrü ilə müqayisədə 252,5 milyon ABŞ dolları və ya 73,8 faiz azalıb.

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanın ümumi xarici ticarət dövriyyəsi 17,403 milyard ABŞ dollarına bərabər olub və bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 485 milyon ABŞ dolları və ya 2,9 faiz artım nümayiş etdirib.

Hesabat dövründə ümumi xarici ticarət dövriyyəsinin 11,9 milyard ABŞ dolları ixracın, 5,5 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac 3,1 milyard ABŞ dolları və ya 35,2 faiz artdığı halda, idxal 2,6 milyard ABŞ dolları və ya 32,1 faiz azalıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanla Böyük Britaniya arasında ticarət dövriyyəsi 7,4 dəfə artıb — Fins.az — Fins.az