Azərbaycanla Aİ ölkələri arasında ticarət dövriyyəsi 19,7 milyard dollar olub

Azərbaycanla Aİ ölkələri arasında ticarət dövriyyəsi 19,7 milyard dollar olub

BİZNES
256

2025-ci ildə Azərbaycan ilə Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsinin həcmi 19 milyard 770 milyon ABŞ dolları təşkil edib.

Fins.az Dövlət Gömrük Komitəsi məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 177,4 milyon ABŞ dolları və ya 0,9% artıb. Hesabat ilində Azərbaycanın Aİ ölkələrinə ixracının dəyəri 0,8% artaraq 16,9 milyard ABŞ dolları, idxalının dəyəri isə 1,6% yüksələrək 2 milyard 826 milyon ABŞ dolları olub.

2025-ci il ərzində Aİ ölkələrinin Azərbaycanın ümumi ixracında payı 67,66%, idxalında isə 11,59% təşkil edib.

Təkcə 2026-cı ilin yanvar ayında Azərbaycan ilə Aİ ölkələri arasında ticarət dövriyyəsi 1 milyard 781 milyon ABŞ dolları olub ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 837,9 milyon ABŞ dolları və ya 1,5 dəfə azalma deməkdir.

Statistikaya əsasən, 2026-cı ilin yanvar ayında Azərbaycanın Aİ ölkələrinə ixracı 1,5 dəfə azalaraq 1 milyard 597 milyon ABŞ dolları, idxalı isə 13,4% azalma ilə 184,3 milyon ABŞ dolları təşkil edib. Hesabat ayı ərzində Aİ ölkələrinin Azərbaycanın ümumi ixracında payı 71,42%, idxalında isə 14,15% olub.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...