Azərbaycanın Rumıniyaya neft ixracından gəlirlər 247,8 milyon dollar olub

Azərbaycanın Rumıniyaya neft ixracından gəlirlər 247,8 milyon dollar olub

BİZNES
166

Fins.az – 2026-cı ilin yanvar-may aylarında Azərbaycandan Rumıniyaya 247,8 milyon ABŞ dolları dəyərində 461,3 min ton bitumlu süxurlardan əldə olunmuş neft və neft məhsulları ixrac edilib.

Bu barədə Dövlət Gömrük Komitəsinin açıqladığı xarici ticarətin gömrük statistikasında bildirilib.

Komitənin məlumatına görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 129,3 milyon ABŞ dolları və ya 34,3%, fiziki həcm baxımından isə 222,4 min ton və ya 32,5% azdır.

Məlumata əsasən, ötən ilin yanvar-may aylarında Azərbaycandan Rumıniyaya 377,1 milyon ABŞ dolları dəyərində 683,7 min ton neft və neft məhsulları ixrac olunmuşdu.

Qeyd edək ki, 2026-cı ilin yanvar-may aylarında Azərbaycandan dünya ölkələrinə ümumilikdə 5,121 milyard ABŞ dolları dəyərində 8,828 milyon ton xam neft və neft məhsulları ixrac edilib.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 522 milyon ABŞ dolları və ya 9,2%, fiziki həcm baxımından isə 1,535 milyon ton və ya 14,8% azalıb.

Hesabat dövründə Azərbaycan neftinin əsas idxalçıları arasında İtaliya 5,339 milyon ton (3,021 milyard ABŞ dolları) ilə birinci, Rumıniya 461,3 min ton (247,8 milyon ABŞ dolları) ilə ikinci, Çexiya isə 433,1 min ton (245,7 milyon ABŞ dollarından çox) ilə üçüncü yerdə qərarlaşıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...