Azərbaycanın Yunanıstana neft ixracı 42%-yə yaxın artıb

Azərbaycanın Yunanıstana neft ixracı 42%-yə yaxın artıb

BİZNES
257

Fins.az – 2026-cı ilin yanvar-may aylarında Azərbaycandan Yunanıstana 284,4 min ton bitumlu süxurlardan alınmış neft və neft məhsulları ixrac edilib. İxracın ümumi dəyəri 182,8 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Dövlət Gömrük Komitəsinin açıqladığı xarici ticarətin gömrük statistikasında bildirilib.

Komitənin məlumatına görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 53,8 milyon ABŞ dolları və ya 41,7%, fiziki həcm baxımından isə 52,2 min ton və ya 22,5% artıb.

Qeyd olunub ki, ötən ilin yanvar-may aylarında Azərbaycandan Yunanıstana 129 milyon ABŞ dolları dəyərində 232,3 min ton neft və neft məhsulları ixrac edilmişdi.

Xatırladaq ki, cari ilin yanvar-may aylarında Azərbaycandan dünya ölkələrinə ümumilikdə 5,121 milyard ABŞ dolları dəyərində 8,828 milyon ton xam neft və bitumlu süxurlardan alınmış neft məhsulları ixrac olunub.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 522 milyon ABŞ dolları və ya 9,2%, fiziki həcm baxımından isə 1,535 milyon ton və ya 14,8% azalıb.

Hesabat dövründə Azərbaycan neftinin əsas idxalçıları sırasında İtaliya 5,339 milyon ton (3,021 milyard ABŞ dolları) ilə birinci, Rumıniya 461,3 min ton (247,8 milyon ABŞ dolları) ilə ikinci, Çexiya isə 433,1 min ton (245,7 milyon ABŞ dollarından çox) ilə üçüncü yerdə qərarlaşıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın Yunanıstana neft ixracı 42%-yə yaxın artıb — Fins.az — Fins.az