Azərbaycanın xarici ticarətinin müsbət saldosu 16,4% artıb

Azərbaycanın xarici ticarətinin müsbət saldosu 16,4% artıb

BİZNES
631

2020-ci ilin yanvar-mart aylarında Azərbaycanın xarici ticarətinin müsbət saldosu $1 milyard 569 milyon 795,66 min təşkil edib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 16,4% çoxdur. Fins.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayımlayıb

Yanvar-mart aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi $6 milyard 843 milyon 734,36 min (2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə azalma 10,2% - İF) təşkil edib. Hesabat dövründə ixracın həcmi $4 milyard 206 milyon 765,01 min (azalma 6,2%), idxalın həcmi $2 milyard 636 milyon 969,35 min (azalma 15,9%) təşkil edib.

İxracın strukturunda 89,8% neft-qaz sektorunun, 13,55% ərzaq məhsullarının, 0,72% tütün və tütün məhsullarının, 3,23% əczaçılıq məhsullarının, 0,7% gübrələrin, 3,32% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2,45% odun və agac məhsullarının, 2,23% geyim və geyim aksessuarlarının, 11,04% qara metal və ondan hazırlanan məmulatların, 22,12% maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 15,79% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 0,77% mebelin, 24,08% digər məhsulların payına düşüb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın xarici ticarətinin müsbət saldosu 16,4% artıb — Fins.az — Fins.az