Azərbaycanın xarici ticarət dövriyyəsi 52 mlrd. dolları ötüb

Azərbaycanın xarici ticarət dövriyyəsi 52 mlrd. dolları ötüb

BİZNES
1,254

Azərbaycan 2022-ci ildə xarici ölkələrlə 52 milyard 686 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Fins.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2021-ci ilə nisbətən 55,4% çoxdur.

Məlumata görə, xarici ticarət dövriyyəsinin 38 milyard 147 milyon dolları ixracın, 14 milyard 540 milyon dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 71,8%, idxal isə 24,2% artıb.

Əlavə edək ki, nəticədə xarici ticarətdə 23 milyard 607 milyon dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 2,2 dəfə çoxdur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın xarici ticarət dövriyyəsi 52 mlrd. dolları ötüb — Fins.az — Fins.az