Azərbaycanın xarici dövlət borcu azalıb

Azərbaycanın xarici dövlət borcu azalıb

BİZNES
196

2026-cı il mayın 1-nə Azərbaycanın xarici dövlət borcu 4 milyard 678,4 milyon ABŞ dolları təşkil edib.

Fins.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, xarici dövlət borcu ötən ilin eyni dövrü ilə müqayisədə 7,8% azalıb.

Bildirilib ki, təkcə aprel ayı ərzində ölkənin xarici dövlət borcu 10,9 milyon ABŞ dolları azalıb.

Statistik göstəricilərə əsasən, ötən il Azərbaycanın xarici dövlət borcu 6,7% azalaraq 4 milyard 813,5 milyon ABŞ dollarına enmişdi. Bu məbləğ manat ifadəsində 8 milyard 183 milyon manat təşkil edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın xarici dövlət borcu azalıb — Fins.az — Fins.az