
Azərbaycanın ümumi daxili məhsulunun həcmi açıqlanıb- MƏBLƏĞ
2020-ci ilin yanvar-fevral aylarında Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz artaraq 12.578,0 mln. manat təşkil edib.
Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb
Məlumatda bildilir ki, hesabat dövründə qeyri neft-qaz ÜDM-i 6,7 faiz artaraq 7.554,2 mln. manata çatıb.
Əhalinin hər nəfərinə düşən ÜDM 1.263,7 mln. manata bərabər olub və bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz artıb.