Azərbaycanın ÜDM-i 65,2 milyard manatı ötüb

Azərbaycanın ÜDM-i 65,2 milyard manatı ötüb

BİZNES
167

Fins.az – 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda 65 milyard 207 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin "2026-cı ilin yanvar-iyun aylarında ölkənin sosial-iqtisadi inkişafının makroiqtisadi göstəriciləri" hesabatında bildirilib.

Məlumata görə, hesabat dövründə ÜDM-in həcmi 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,8% artıb.

Qeyd olunub ki, ilk altı ayda iqtisadiyyatın neft-qaz sektorunda yaradılmış əlavə dəyər 19 milyard 610 milyon manat təşkil edib. Bu göstərici illik müqayisədə 0,7% azalıb.

Bununla yanaşı, qeyri-neft-qaz sektorunda yaradılmış əlavə dəyər 45 milyard 596 milyon manata çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5% artım deməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın ÜDM-i 65,2 milyard manatı ötüb — Fins.az — Fins.az