Azərbaycanın Tunisə neft ixracı artıb

Azərbaycanın Tunisə neft ixracı artıb

BİZNES
232

2026-cı ilin yanvar–mart aylarında Azərbaycandan Tunisə bitumlu süxurlardan əldə olunmuş xam neft və neft məhsullarının ixracı əhəmiyyətli dərəcədə artıb.

Fins.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu dövrdə Tunisə 94,5 milyon ABŞ dolları dəyərində 183,7 min ton neft məhsulları ixrac edilib. Ötən ilin eyni dövründə isə bu göstərici 37,4 milyon dollar və 64,2 min ton olub.

Beləliklə, ixrac dəyər ifadəsində 2,5 dəfə, həcm baxımından isə təxminən 3 dəfə artıb.

Bununla yanaşı, ümumilikdə yanvar–mart aylarında Azərbaycandan digər ölkələrə bitumlu süxurlardan əldə edilən neft və neft məhsullarının ixracı azalıb. Ümumi ixrac 2,501 milyard dollar dəyərində 5,077 milyon ton təşkil edib ki, bu da ötən illə müqayisədə həm dəyər, həm də həcm baxımından azalma deməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın Tunisə neft ixracı artıb — Fins.az — Fins.az