
Azərbaycanın şəkər ixracında kəskin artım qeydə alınıb
Fins.az – 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycandan 113 min 700,6 ton şəkər ixrac edilib. Hesabat dövründə şəkər ixracının dəyəri 71 milyon 907,3 min ABŞ dolları təşkil edib.
Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasına əsasən, 2025-ci ilin eyni dövründə Azərbaycandan 29 min 510,6 ton şəkər ixrac olunmuş və bundan 20 milyon 961,2 min ABŞ dolları gəlir əldə edilmişdi.
Beləliklə, illik müqayisədə şəkər ixracının fiziki həcmi 285,3%, ixracdan əldə olunan gəlirlər isə 243,1% artıb.
Məlumata görə, şəkərin bir ton üzrə orta ixrac qiyməti 11% azalsa da, satış həcminin təxminən 4 dəfə artması nəticəsində ixrac gəlirləri 50 milyon 946,2 min ABŞ dolları yüksəlib.