
Azərbaycanın neft ixracından gəliri 6,231 milyard dollar olub
Fins.az – 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycandan ixrac edilən xam neft və neft məhsullarının həcmi açıqlanıb.
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, hesabat dövründə Azərbaycandan dünyanın müxtəlif ölkələrinə 6,231 milyard ABŞ dolları dəyərində 10,125 milyon ton bitumlu süxurlardan əldə olunan xam neft və neft məhsulları ixrac edilib.
2025-ci ilin eyni dövrü ilə müqayisədə ixracın dəyəri 178 milyon ABŞ dolları və ya 2,8%, həcmi isə 1,921 milyon ton və ya 15,9% azalıb.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin yanvar-iyun aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 24,661 milyard ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 261 milyon ABŞ dolları və ya 1,1% artıb.
Hesabat dövründə ümumi xarici ticarət dövriyyəsinin 16,32 milyard ABŞ dolları ixracın, 8,341 milyard ABŞ dolları isə idxalın payına düşüb.
Cari ilin ilk yarısında ixracın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3,442 milyard ABŞ dolları və ya 26,7% artıb. Eyni zamanda, idxalın həcmi 3,181 milyard ABŞ dolları və ya 27,6% azalıb.
Nəticədə Azərbaycanın xarici ticarətində 7,979 milyard ABŞ dolları həcmində müsbət saldo formalaşıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 dəfə və ya 6,623 milyard ABŞ dolları çox olub.