Azərbaycanın da iştirak etdiyi CAREC proqramında sərhəd məntəqələrinin inkişafına 1 mln dollar yönəldilə bilər

Azərbaycanın da iştirak etdiyi CAREC proqramında sərhəd məntəqələrinin inkişafına 1 mln dollar yönəldilə bilər

BİZNES
423

Fins.az - Asiya İnkişaf Bankı-nın (AİB) Azərbaycan da daxil olmaqla bir sıra ölkələrin iştirak etdiyi Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) çərçivəsində yeni nəsil sərhəd-keçid məntəqələrinin inkişafına dair regional layihəni nəzərdən keçirdiyi bildirilir.

Məlumata görə, layihənin maliyyələşdirilməsinin ABŞ dolları ekvivalentində 1 milyon dollar həcmində Texniki Yardım üzrə Xüsusi Fond hesabına həyata keçirilə biləcəyi qeyd olunur.

Təşəbbüsün məqsədinin iqlim dayanıqlılığı və innovativ həllərə üstünlük verilməklə müasir sərhəd-keçid məntəqələrinin hazırlanmasına dəstək göstərmək olduğu vurğulanır. Layihə çərçivəsində prioritet məntəqələr üzrə texniki-iqtisadi əsaslandırmaların və kompleks ekspertizaların hazırlanmasının, həmçinin layihələrin icrası üçün yeni yanaşmanın formalaşdırılmasının planlaşdırıldığı bildirilir.

Bununla yanaşı, CAREC ölkələrinin sərhəd-keçid məntəqələrinin inkişafı və istismarı sahəsində institusional potensialının gücləndirilməsinin də nəzərdə tutulduğu qeyd edilir.

Layihənin icrası nəticəsində sərhəd infrastrukturunun və prosedurların təkmilləşdirilməsinin, nəqliyyat şəbəkəsi boyunca ticarət əməliyyatları üçün vaxt və xərclərin azaldılmasının gözlənildiyi bildirilir. Modernləşmənin beynəlxalq yükdaşımaların sadələşdirilməsinə və regional əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcəyi vurğulanır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın da iştirak etdiyi CAREC proqramında sərhəd məntəqələrinin inkişafına 1 mln dollar yönəldilə bilər — Fins.az — Fins.az