Azərbaycanın iqtisadiyyatının 71,5%-i qeyri-neft sektorudur - Mikayıl Cabbarov

Azərbaycanın iqtisadiyyatının 71,5%-i qeyri-neft sektorudur - Mikayıl Cabbarov

BİZNES
243

Fins.az - İqtisadiyyat naziri Mikayıl Cabbarov AZƏRTAC-a və İTV-yə məxsusi müsahibəsində Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) strukturunda qeyri-neft sektorunun payı ilə bağlı açıqlama verib.

Nazir bildirib ki, hazırda ölkə iqtisadiyyatının 71 faizdən çoxu, daha dəqiq desək 71,5 faizi qeyri-neft sektorunun payına düşür. Onun sözlərinə görə, bu, neft-qaz sektorunun ÜDM-dəki payının 30 faizdən aşağı olduğunu göstərir.

Mikayıl Cabbarov qeyd edib ki, son 20 ildə həyata keçirilən iqtisadi siyasət ölkə iqtisadiyyatının strukturunun müsbət istiqamətdə dəyişməsinə şərait yaradıb.

Nazir əlavə edib ki, 20 il əvvəl qeyri-neft sektorunun ÜDM-dəki payı 45 faizə belə çatmırdı və 43,5–43,6 faiz civarında idi. Onun sözlərinə görə, bu dinamika həyata keçirilən islahatların nəticəsini göstərir.

Mikayıl Cabbarov bildirib ki, bu dövrdə çətin iqtisadi mərhələlər, o cümlədən devalvasiya şoku yaşansa da, iqtisadi strukturun şaxələndirilməsi istiqamətində müsbət dəyişikliklər əldə olunub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın iqtisadiyyatının 71,5%-i qeyri-neft sektorudur - Mikayıl Cabbarov — Fins.az — Fins.az