Azərbaycanın idxalı azalıb - GÖMRÜK KOMİTƏSİ MƏLUMAT YAYDI

Azərbaycanın idxalı azalıb - GÖMRÜK KOMİTƏSİ MƏLUMAT YAYDI

BİZNES
785
2020-ci ilin yanvar-mart dövründə Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 6 milyard 843 milyon 734 min ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövründə xarici ticarət əməliyyatlarının həcmi 7 milyard 620 milyon 126 min ABŞ dolları idi. Xarici ticarət əməliyyatlarının həcminin azalması əsasən idxalın azalmasından qaynaqlanır.

İDXAL ÇOX, İXRAC CÜZİ AZALIB

Marja Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2020-ci ilin ilk 3 ayında idxal əməliyyatları üzrə 2 milyard 636 milyon 969 min ABŞ dolları, ixrac əməliyyatları üzrə 4 milyard 206 milyon 765 min ABŞ dolları məbləğində ticarət aparılıb. Saldo müsbət 1 milyard 569 milyon 795 min dollar olub.

Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin ilk 3 ayında idxalın məbləği 3 milyard 135 milyon 576 min dollar, ixracın məbləği 4 milyard 484 milyon 549 min dollar, saldo isə müsbət 1 milyard 348 milyon 972 min dollar təşkil etmişdi.

XAM NEFT SATIŞINDAN GƏLİR DƏ CÜZİ AZALIB

Azərbaycana xam neft ixracından daxilolma 3 milyard 534 milyon 348 min dollardan 3 milyard 522 milyon 698 min dollara düşüb.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın idxalı azalıb - GÖMRÜK KOMİTƏSİ MƏLUMAT YAYDI — Fins.az — Fins.az